Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimlərinin məruzələri beynəlxalq konfransda maraqla qarşılanıb
02.11.2015 10:03
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin məruzələri beynəlxalq konfransda maraqla qarşılanıb

Coğrafiya İnstitutunun elmi işlər üzvə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və institutun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Sitarə Tarixazər Şimali Osetiya-Alaniya Respublikasının (Rusiya Federasiyası) paytaxtı Vladiqafqaz şəhərində “Elm, təhsil, mədəniyyət və məlumat-maarifləndirmə fəaliyyəti - dağlıq ərazilərin dayanaqlı inkişafının əsasıdır” mövzusunda keçirilən VIII Beynəlxalq konfransda iştirak ediblər.

YUNESKO-nun himayəsi altında hər üç ildən bir keçirilən bu konfransda dağlıq ərazilərin dayanaqlı inkişafına dair əsas məsələlər müzakirə olunub.

Fransa, Azərbaycan, Rusiya və digər ölkələrdən elm adamlarının qatıldığı konfransın plenar iclasında E.Əlizadənin “Dağlıq ərazilərin dayanaqlı inkişafı sahəsindəki əsas nailiyyətlər, problem və vəzifələr” bölməsində “Böyük Qafqazın cənub yamacının dağlıq geosistemlərində sel proseslərinin inkişafında yüksəklik-landşaft asılılığı”, Sitarə Tarixazərin isə “Böyük Qafqazın Azərbaycan hissəsində sürüşmə prosesləri inkişafının antropogen-dinamik xüsusiyyətləri” mövzularında məruzələri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: