Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Əli Abbasov Ukraynanın beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilib
04.11.2015 13:13
  • A-
  • A
  • A+

Akademik Əli Abbasov Ukraynanın beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilib

Azərbaycan alimləri tərəfindən aparılan tədqiqatlar, əldə olunan yeni nəticələr beynəlxalq elmi mühit tərəfindən getdikcə daha ciddi şəkildə qəbul edilməkdədir.

Bu günlərdə Ukrayna Milli Elmlər Akademiyasından aldığımız xəbərdə deyilir ki, AR Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov Ukrayna Millli Elmlər Akademiyasının Qluşkov adına Kibernetika İnstitutunda dərc olunan "İdarəetmə sistemləri və maşınları" (Управляющие системы и машины) beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilib.

Qeyd edək ki, əsası 1972-ci ildə tanınmış alim, akademik V.M.Qluşkov tərəfindən qoyulmuş bu beynəlxalq elmi jurnal informatika, informasiya texnologiyaları və iqtisadi riyazi modelləşdirmə sahəsində yüksək elmi səviyyəyə malik nəzəri və tətbiqi aspektlərlə bağlı orijinal elmi araşdırmaları əhatə edir və bu sahədə dünyanın tanınmış nəşrlərindən sayılır.

Umid edirik ki, "Управляющие системы и машины" jurnalı ilə AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun birgə təsisçiliyi ilə yaradılmış "Applied and Computational Mathematics" beynəlxalq jurnalı arasında əməkdaşlıq əlaqələrinin yaranması beyəlxalq aləmdə hər iki jurnalın reytinqinin yüksəlməsində müəyyən mənada mühüm rol oynayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: