Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.11.2015 11:56
  • A-
  • A
  • A+

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru AMEA Fizika İnstitutunda olub

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru AMEA Fizika İnstitutunda olub

AMEA-nın 70 illik yubileyi ilə əlaqədar Azərbaycanda səfərdə olan  Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktoru, akademik Viktor Matveyev Fizika İnstitutunda olub. İlk olaraq o, institutun direktoru,  AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüb. Görüşdə institutun elmi işlər üzrə direktor  müavini, akademik  Cavad Abdinov, innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, AMEA-nın müxbir üzvləri Övsət Abdinov, Ənvər Nəhmədov, fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımov iştirak ediblər.

V.Matveyev bildirib ki, görüşdə əsas məqsəd  institutda aparılan elmi tədqiqatlar, alimlərin fəaliyyəti üçün yaradılan şəraitlə tanış olmaqdır. O, Fizika İnstitutu ilə BNTİ arasında birgə layihələrin həyata keçirilməsinin zəruriliyindən söhbət açıb və gələcəkdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra qonaq institutun İnnovasiya sektorunda mövcud olan müasir cihazlar, yaradılmış maddi-texniki baza, alimlərin elmi fəaliyyəti və AMEA-nın 70 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: