Türkiyənin Bolu şəhərindəki Abant İzzet Baysal Universitetində “Türk-İslam tarixində ali təhsil” mövzusunda Beynəlxalq simpozium keçirilib.
Tədbirdə ölkəmizi AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva və Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə təmsil ediblər. Beynəlxalq simpoziumda Nərgiz Əliyeva “Azərbaycanlı müdərrislərin yetişməsində Bağdad müdərrislərinin rolu” mövzusunda elmi məruzə ilə çıxış edib. Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
N.Əliyeva üç yeni əsərini - “İbn Makula Azərbaycanlı ziyalılar haqqında”, “Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyətləri”, “Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəbdilli ədəbiyyatın rolu” Abant İzzət Baysal Universitetinə hədiyyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir