Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Türkiyənin Iğdır şəhərində “Tarix və kültür bağlamında Iğdır” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.
Tədbirdə Azərbaycan aliminin “Iğdır maniləri və onlarda işlənən fars mənşəli sözlər” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi Iğdır maniləri ilə Azərbaycan bayatıları arasında ortaq nöqtələrin olduğunu vurğulayıb və bunu həmin folklor nümunələrinin eyni kökdən qaynaqlanması ilə əlaqələndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir