Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 100 aforizmindən ibarət “Könüllər şairi” kitabı çapdan çıxıb.
Yeni nəşrdə dahi şairin hikmətli kəlamları üç dildə - Azərbaycan, rus və ingilis dillərində verilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə kitaba “Filosof şairin ölməz kəlamları” başlıqlı “Ön söz” yazıb.
Nəşrin tərtibçisi mərhum professor Rüstəm Əliyev, redaktoru Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir