Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Böyük Britaniyada elmi ezamiyyətdə olub
27.11.2015 13:35
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Böyük Britaniyada elmi ezamiyyətdə olub

AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə laboratoriyasının müdri, professor Eldar Zeynalov Azərbaycan Respulikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun (EIF) dəstəyi və Böyük Britaniya Krallığının Haddersfild Universitetinin dəvəti ilə adıçəkilən universitetdə elmi ezamiyyədə olub.

Məqsəd “Müxtəlif çeşidli nano-TiO2 katalizatorlarının aktivliyinin alitsiklik karbon turşularının mürəkkəb efirlərinin alınmasında tətbiqi”adlı beynəlxalq qrant layihəsinin yerinə yetirilməsi, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun nəzdində yeni yaradılmış İNTERLABCAT beynəlxalq laboratoriyanın elmi fəaliyyətinin koordinasiya imkanlarının öyrənilməsi idi.

Ezamiyyət müddətində prof. Eldar Zeynalov Haddersfild Universitetinin rəhbər heyəti və əməkdaşları ilə bir sıra görüşlər keçirib, MİAMİ (Microscope and İon for Materials İnvestiqations) və MR (Materials Research) laboratoriyalarının elmi-tədqiqat işləri ilə yaxından tanış olub. 

Azərbaycanlı alim, həmçinin Haddersfild Universitetində təşkil olunan elmi seminarda "Model neft karbohidrogenlərinin aerobik oksidləşmə proseslərinə karbon nanoborulaının təsiri" mövzusunda məruzə ilə çıxış edib, seminar iştirakçılarını  maraqlandıran sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: