Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Polimer Materialları İnstitutunda doktorluq imtahanı keçirilib
09.12.2015 15:16
  • A-
  • A
  • A+

AMEA Polimer Materialları İnstitutunda doktorluq imtahanı keçirilib

AMEA Polimer Materialları İnstitutunda “Makromolekullar kimyası” ixtisas fənni üzrə doktorluq imtahanı keçirilib. İmtahanda Polimer Materialları İnstitutu, Bakı Dövlət Universiteti, Neft-Kimya Prosesləri İnstitutu, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutundan olan 10 nəfər doktorant və dissertant iştirak edib. İmtahanda AMEA Rəyasət Heyətinin 4 noyabr 2015-ci il tarixli qərarı ilə doktorluq  imtahanları üçün təsdiq edilmiş 50 test sualı iştirakçılara təqdim edilib.

Qeyd edək ki, institutda  imtahanların  yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılmış, akademik Akif Əzizovun  30  noyabr 2015-ci il tarixli  əmrinə əsasən imtahan komissiyası yaradılmış, imtahan bitdikdən sonra nəticələr dərhal açıqlanmışdır. Komissiyanın verdiyi məlumata əsasən, imtahanın nəticələri  qənaətbəxş hesab olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: