Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA-nın II Xüsusi Şöbəsində seminar keçirildi

AMEA-nın II Xüsusi Şöbəsində seminar keçirildi

Bu gün AMEA Rəyasət Heyətində Mərkəzi Aparatın II Xüsusi Şöbəsi tərəfindən mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilə “AMEA Mərkəzi Aparatında yaradılmış mülki müdafiə qüvvələri, onun tərkibi və vəzifələri” mövzusunda seminar keçirildi.

Tədbirdə çıxış edən şöbənin rəisi Eldar Quliyev mülki müdafiə sahəsində mövcud olan qanunvericilik aktlarını diqqətə çatdırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mülki müdafiənin təmin edilməsi haqqında” qərarını əhəmiyyətini vurğulayan E.Quliyev mülki müdafiə işlərinin bu qərara əsasən həyata keçirildiyini söylədi.

Bildirdi ki, mülki müdafiə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. O, əsas məqsədin fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr və onların nəticələrinin aradan qaldırılmasından ibarət olduğunu söylədi.

E.Quliyev, həmçinin mülki müdafiənin təşkil edilmə prinsipləri, bu sahədə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi, vətəndaşların vəzifələrindən söz açdı.

Şöbənin mülki müdafiə işləri üzrə baş mütəxəssisi Əlimərdan Məhəmmədov Mərkəzi Aparatda yaradılmış mülki müdafiə qüvvələrinin şəxsi heyəti, əsas vəzifələri və s. haqqında məlumat verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: