Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.12.2015 10:01
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Rusiya EA-nın Kurnakov medalı və diplomu ilə təltif edilib

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Rusiya EA-nın Kurnakov medalı və diplomu ilə təltif edilib

AMEA-nın akademik M.Nağıyev ad. Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA müxbir üzvü Məhəmməd Babanlı Rusiya EA-nın Ümumi və Qeyri-üzvi Kimya İnstitutunda (ÜQKİ) keçirilən ənənəvi 73-cü Kurnakov dinləmələrində iştirak edib.

Tədbirdə azərbaycanlı alimin "Yeni nəsil funksional materialların - topoloji izolyatorların dizaynının fiziki-kimyəvi aspektləri" mövzusunda məruzəsi dinlənilib. Məruzədə M.Babanlının rəhbərlik etdiyi tədqiqat qrupunun topoloji izolyator materiallarının alınması və tədqiqi sahəsində son illərdə qazandığı nailiyyətlər ümumilləşdirilib və göstərilib ki, bu tədqiqatlar Avropa Birliyinin bir sıra ölkələrinin, həmçinin Yaponiya və Rusiyanın aparıcı elmi-tədqiqat müəssisələri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. 2011-2015-ci illərdə bu istiqamətdə alınan nəticələr yüksək impakt faktorlu beynəlxalq jurnallarda (Nature Communications, Physical Review Letters, Journal of Physical Chemistry, New Journal of Physics, Physical Review B, Journal of Alloys and Compounds, Inorganic Materials və s.) onlarla məqalədə öz əksini tapıb.

Məruzə ətrafında müzakirələrdə ÜQKİ-nun elmi rəhbəri akademik V.M.Novotvortsev, Kurnakov dinləmələrinin təşkilat komitəsinin sədri, akademik Kuznetsov və b. çıxış edərək məruzəni yüksək qiymətləndiriblər. İnstitutun Elmi Şurasının qərarı ilə prof. M.Babanlı "Fiziki kimyəvi analizin inkişafında və yeni funksional materialların alınmasında böyük xidmətlərinə görə "Rusiya EA-nın Kurnakov medalı və diplomu ilə təltif edilib.

Qeyd edək ki, 2011-ci ildə M.B.Babanlı Rusiya EA-nın Beynəlxalq akademik nəşriyyat kompaniyasının (MAİK-Nauka) jurnallarında çap olunmuş çoxsaylı elmi əsərlərinə görə REA Rəyasət Heyətinin xüsusi mükafatı və diplomuna layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: