Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan Riyaziyyat jurnalı” beynəlxalq elmi bazaya daxil olub
28.12.2015 09:46
  • A-
  • A
  • A+

“Azərbaycan Riyaziyyat jurnalı” beynəlxalq elmi bazaya daxil olub

Azərbaycan elmi nəşrlərinin beynəlxalq bazalara inteqrasiyası davam edir. AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi nəşrləri olan “Azərbaycan Riyaziyyat jurnalı” “Thomson Reuters” şirkətinin “Emerging Sources Citation Index” bazasına daxil olub. “Azərbaycan Riyaziyyat jurnalı” “ISI-Thomson Reuters”in genişləndirilmiş siyahısına – “Master Journal List”ə düşüb.

Jurnalın baş redaktoru, AMEA-nın müxbir üzvü Bilal Bilalova şirkət tərəfindən ünvanlanmış məktubda dünya elm birliklərinin maraq dairəsində olan mövzular istiqamətində yazılmış materialların jurnalda çoxluq təşkil etdiyi bildirilir.

2011-ci ildə Azərbaycan Riyaziyyat Cəmiyyəti tərəfindən təsis edilən “Azərbaycan Riyaziyyat jurnalı” ildə iki dəfə olmaqla, yanvar və iyul aylarında buraxılır.

Hər nömrədə 10 və ya 11 məqalə dərc olunur. Yarandığı vaxtdan bu günə kimi 94 məqalə çap olunub. Jurnalda ABŞ, Kanada, Danimarka, Avstraliya, Türkiyə, Rusiya, Ukrayna, Çin, Hindistan, İsrail və digər ölkələrdən olan alimlərin də məqalələri dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: