AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə və fəlsəfə üzrə fəlsəfə doktoru Zemfira Göyüşovanın birgə müəllifliyi ilə “Modern, Həsən bəy Zərdabinin maarifçilik ideyaları və maarifçilik fəlsəfəsi” adlı yeni kitab nəşr olunub.
Üç fəsildən ibarət olan kitabın birinci fəslində maarifçilik fəlsəfəsi və mənəvi mirasın interpretasiyası, metodologiyalar, ikinci və üçüncü fəsillərdə isə maarifçilik anlayışında E.Kant fəlsəfəsinin dəyəri, fəlsəfə və tarix məsələlərindən bəhs olunur.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir