Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Məmməd Səid Ordubadinin arxivini təsvir edən kitab çapdan çıxıb
13.01.2016 16:44
  • A-
  • A
  • A+

Məmməd Səid Ordubadinin arxivini təsvir edən kitab çapdan çıxıb

Görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin AMEA-nın Əlyazmalar İnstitutunda saxlanan arxivinin izahlı təsviri “Elm və təhsil” nəşriyyatında kitab şəklində çapdan çıxıb. Kitabda yazıçının şəxsi arxiv materialları – tərcümeyi-halı, xatirələri, bədii əsərləri, oçerk, məqalə və felyetonları, məktublarının əlyazmaları, ictimai fəaliyyətinə dair sənədlər, fotoları və digər materiallar toplanılıb.

Fil.ü.f.d. Mehri Məmmədovanın çapa hazırladığı yeni nəşrin elmi redaktoru və ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: