Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Geologiya və Geofizika İnstitutunda növbəti “Geomexanika” seminarı keçiriləcək
15.01.2016 17:08
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda növbəti “Geomexanika” seminarı keçiriləcək

Yanvarın 28-də saat 15:00-da Geologiya və Geofizika İnstitutunda növbəti “Geomexanika” seminarı keçiriləcək.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində təşkil olunacaq.

Seminarda AMEA-nın müxbir üzvü Surxay Əkbərovun “Yerin kompozit kürәsinin mәxsusi rәqslәrinin yeni tәdqiqatları haqqında” məruzəsi dinləniləcək.

Seminara “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və digər maraqlananlar dəvət olunurlar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: