Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Fəxri Xiyabanda görkəmli ədəbiyyatşünas alimlərin xatirəsi anılmışdır
24.12.2013 00:00
  • A-
  • A
  • A+

Fəxri Xiyabanda görkəmli ədəbiyyatşünas alimlərin xatirəsi anılmışdır

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi tədbirlərinə start verilmişdir. AMEA Rəyasət Heyətinin qərarına əsasən keçirilən yubiley tədbirləri çərçivəsində institutda ədəbiyyatşünas alimlərin yubiley mərasimləri qeyd edilir.

AMEA-nın vitse-prezidenti, institutun direktoru vəzifəsini icra edən, akademik İsa Həbibbəyli başda olmaqla institut rəhbərliyi Fəxri Xiyabanda olmuş, Azərbaycan ədəbiyyatşünaslığı tarixində əvəzsiz xidmətlər göstərmiş görkəmli alimlərin xatirələrini yad etmişlər. Elmdə əhəmiyyətli nəticələrə imza atmış, ədəbiyyatşünaslığın müxtəlif istiqamətləri üzrə mühüm elmi tədqiqatlar aparmış, ədəbiyyatşünaslıq elminin nəhəng simaları olan Kamal Talıbzadə, Abbas Zamanov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Mirəli Seyidov, Araz Dadaşzadə, Rüstəm Əliyev, Qasım Qasımzadə və başqalarının məzarları ziyarət olunmuş, əziz xatirələri anılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: