Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.02.2016 14:19
  • A-
  • A
  • A+

“Hüseyn Cavid irsinin təbliğində gənc muzeyşünasların rolu” mövzusunda dəyirmi masa keçirilib

“Hüseyn Cavid irsinin təbliğində gənc muzeyşünasların rolu” mövzusunda  dəyirmi masa keçirilib

Fevralın 2-də AMEA Hüseyn Cavidin Ev Muzeyində Gənclər günü münasibətilə “Hüseyn Cavid irsinin təbliğində gənc muzeyşünasların rolu” mövzusunda dəyirmi masa keçirilib.

Muzeyin şöbə müdiri Cəmilə Rzayeva əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin hazırkı gənc nəslin qarşısında yeni imkanlar açdığını diqqətə çatdırıb. Vurğulanıb ki, bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb. Bu qayğının nəticəsidir ki, müasir Azərbaycan gəncliyi bir çox sahələrdə böyük uğurlara imza atmaqdadır. 

Ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilmiş Gənclər Gününün tarixindən danışan C.Rzayeva muzeyin gənc əməkdaşlarını bu gün münasibətilə təbrik edib.

Dahi dramaturq, filosof şair Hüseyn Cavidin zəngin irsinin gənclər arasında təbliğinin muzeyin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu söyləyən natiq bu istiqamətdə gənc muzeyşünasların üzərinə düşən vəzifə və öhdəliklərdən də bəhs edib.

Sonra çıxış edən muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Natiq Mürsəlov böyük mütəfəkkir Hüseyn Cavid və Cavidlər irsinin təbliği istiqamətində muzeyin gənc əməkdaşlarının gördüyü işləri diqqətə çatdırıb.

Sonda muzeyin mütəxəssisi Elnarə Fərzəliyeva çıxış edərək bildirib ki, ötən il muzeyə gəlmiş ziyarətçilər sırasında gənclər üstünlük təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: