Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2016 17:41
  • A-
  • A
  • A+

FRTEB və KEB üzrə doktorantların dissertasiya mövzuları müzakirə edildi

FRTEB və KEB üzrə doktorantların dissertasiya mövzuları müzakirə edildi

Fevralın 2-də AMEA Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) və Kimya Elmləri Bölməsində (KEB) fəlsəfə doktoru hazırlığı üzrə doktorantların dissertasiya mövzularının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə doktorantların dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

AMEA prezidenti, akademik Akif Əlizadə dissertasiya mövzularının müasir dövrdə elmin qarşısında duran əsas vəzifələrə və tələblərə uyğun seçilməsinin zəruriliyini və bunun əsasında da cəmiyyətdə elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən tədqiqatların işlənməsinin vacibliyini vurğulayıb. AMEA rəhbəri qeyd edib ki, hər bir mövzu ilə bağlı aparılan elmi tədqiqat və araşdırmalar mühüm sosial-mədəni və iqtisadi əhəmiyyət kəsb etməlidir. Bu da öz növbəsində yeni elmi problemin həllinə yardımçı olacaqdır.

Akademik A.Əlizadə elmi işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün doktorantların dünyanın nüfuzlu elmi mərkəz və laboratoriyalarında təcrübə keçməsinin əhəmiyyətindən söhbət açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: