Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Martın 9-da Günəş tutulacaq
08.02.2016 13:20
  • A-
  • A
  • A+

Martın 9-da Günəş tutulacaq

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovdan aldığımız məlumata görə, cari ilin ilk Günəş tutulması hadisəsi martın 9-da baş verəcək. Tutulma Bakı vaxtilə saat 03:20 radələrindən başlayaraq, 05:57-dək davam edəcək.

2016-cı ilin Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək. Bu tutulma zamanı Ayın kölgəsi əsasən Hind və Sakit okeanların üzərindən keçərək, cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək.

Təbiət hadisəsi zamanı səmada “gündüz ulduzunun” ətrafında möhtəşəm mənzərə yaranacaq, Merkuri və Venera öz parlaqlığıyla xüsusi fərqlənəcək.

Qeyd edək ki, tutulma Azərbaycanda müşahidə olunmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: