Bu ilin 11-13 fevral tarixlərində AMEA, AR Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Sabahın alimləri” V Respublika müsabiqəsi keçiriləcək.
Müsabiqənin açılış mərasimi fevralın 11-də saat 15:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olacaq.
Müsabiqə ölkəmizdə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlər üçün təşkil ediləcək.
Ünvan: Bakı şəhəri, H.Cavid pr. 115, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, IV mərtəbə.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.