Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA Rəyasət Heyətinin nəzdində “Alimlər Evi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib
11.02.2016 14:37
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin nəzdində “Alimlər Evi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib

Bu barədə qərar AMEA Rəyasət Heyətinin 10 fevral 2016-cı il tarixli iclasında verilib. "Alimlər Evi"nin direktoru vəzifəsinə tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva təyin edilib.

Yeni qurumun yaradılmasında əsas məqsəd Akademiyanın elmi innovasiya nailiyyətlərinin və müasir dövrdə multikulturalizm ənənələrinin cəmiyyətdə təbliği, AMEA-nın elmi əməkdaşlarının yaradıcılıq fəallığının artırılması və mədəni-mənəvi inkişafının qorunması istiqamətində fəaliyyətin həyata keçirilməsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: