Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

“Horizon-2020” Proqramı üzrə milli əlaqələndirici şəxslərin görüşü keçirilib
16.02.2016 09:57
  • A-
  • A
  • A+

“Horizon-2020” Proqramı üzrə milli əlaqələndirici şəxslərin görüşü keçirilib

AMEA Rəyasət Heyətində Avropa Komissiyasının “Horizon-2020” Proqramı üzrə milli əlaqələndirici şəxslərin görüşü keçirilib.

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşəbbüsü ilə keçirilən görüşdə “Horizon-2020” Proqramının 16 prioritet istiqamətləri üzrə AMEA və müxtəlif təhsil müəssisələrindən təyin edilmiş milli əlaqələndirici şəxslər (NCP) iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev Avropa Komissiyasının proqramlarında iştirak, NCP şəbəkəsinin bu istiqamətdə fəaliyyəti, qarşıda duran məsələlərlə bağlı çıxış edib.

Tədbirdə Azərbaycan alimlərinin beynəlxalq qrant və layihə proqramlarında iştirakını təmin etmək üçün yaradılan bu şəbəkənin işlək bir mexanizm vəziyyətinə gətirilməsi ilə bağlı fikir və mülahizələrini səsləndirən milli əlaqələndirici şəxslər konkret təkliflərini irəli sürüblər. NCP şəbəkəsinin vebsaytının yaradılması, mütəmadi görüşlərin keçirilməsi, təlim xarakterli tədbirlərin təşkili, eləcə də elmi-tədqiqat və təhsil müəssisələrinin qarşısına qoyulan tələblərin Avropa standartlarına uyğunluğunun təmin edilməsi və digər məsələlər ətrafında müzakirələr aparıblar.

Təhsil müəssisələrinin də cəlb olunduğunu “Horizon-2020” Proqramı çərçivəsində görülən işlər elm və təhsilin vəhdəti baxımından mühüm əhəmiyyət kəsb edir.

Mövcud iqtisadi şərait fonunda sağlam beynəlxalq donorlardan faydalanmaq akademiyaya büdcədənkənar vəsaitlərin cəlb edilməsi baxımından olduqca sərfəlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: