Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Türkiyəli mütəxəssis AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində təlim keçib
19.02.2016 09:50
  • A-
  • A
  • A+

Türkiyəli mütəxəssis AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində təlim keçib

Boğaziçi Universitetinin Kandilli Rəsədxanasının Zəlzələ Araşdırmaları İnstitutunun Geodeziya elmi bölməsinin nümayəndəsi, professor Semih Ergintav AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

S.Ergintav mərkəzin Geodinamika şöbəsinin əməkdaşları üçün GPS stansiyalarından əldə olunmuş məlumatların emal proqramlarına dair təlim keçib.

Daha sonra türkiyəli qonaq RSXM-ın direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb. Görüşdə iki qurum arasında əməkdaşlığın perspektivləri və  qarşılıqlı təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: