Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şəms və Mövlana” adlı kitab İranda əski əlifbada işıq üzü görüb
09.01.2014 00:00
  • A-
  • A
  • A+

“Şəms və Mövlana” adlı kitab İranda əski əlifbada işıq üzü görüb

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “İran filologiyası” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin “Şəms və Mövlana” adlı kitabı İranda əski əlifbada işıq üzü görüb.

Kitaba müəllifin sufizmin və bütövlükdə Şərq bədii-fəlsəfi düşüncəsinin ən parlaq simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi haqqında məqalələri, eləcə də onların yaradıcılığından etdiyi tərcümələri daxil edilib.

Nəşrdə orta əsr qaynaqlarına əsaslanaraq, Şəms Təbrizinin gerçək şəxsiyyəti və düşüncələri üzərinə işıq salınır, onun bioqrafiyasının bəzi qaranlıq və mübahisəli məqamlarına aydınlıq gətirilir.

Kitabda həmçinin Mövlananın irəli sürdüyü fəlsəfi-ictimai təlimin yığcam və anlaşıqlı şərhi öz əksini tapır, onun ədəbi irsinin bu gün də aktual və müasir olmasını şərtləndirən başlıca amillərdən bəhs edilir.

Qeyd edək ki, kitab Məsiağa Məhəmmədinin 2010-cu ildə Bakıda çap olunmuş eyni adlı əsəri əsasında tanınmış naşir və tədqiqatçı doktor Hüseyn Şərqi tərəfindən nəşrə hazırlanmışdır.

  • Paylaş: