Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın ilk impakt faktorlu jurnalının növbəti sayı çapdan çıxıb
25.02.2016 10:02
  • A-
  • A
  • A+

Azərbaycanın ilk impakt faktorlu jurnalının növbəti sayı çapdan çıxıb

Azərbaycan elm tarixində ilk dəfə Thomson Reuters agentliyinin siyahısına daxil edilmiş və impakt faktor (keyfiyyət əmsalı) alan AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunun təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” (Tətbiq və Hesablama Riyaziyyatı) jurnalının növbəti 15-ci cildinin 1-ci sayı çapdan cıxıb.

Respublikada bu sahədə aparılan elmi-tədqiqat işlərinin dünyada layiqincə təbliğ edən jurnalın bu sayında dünyanın müxtəlif ölkələrindən (ABŞ, Rusiya, İspaniya, Gürcüstan, Türkiyə, Tayvan və s.) olan tanınmış alimlərin məqalələri dərc olunub.

Qeyd edək ki, bu məqalələr monoton operatorlar metodu, paralel hesablamalar, kəsr üstlü hiperbolik diferensial tənliklər, optimal idarəetmə nəzəriyyəsinin və s. müasir problemlərinə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: