İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Dr. Seyid İbrahim İbrahimi və mərkəzin nümayəndəsi Ağayi Behbudi AMEA Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Görüşdə bu müəssisənin direktoru, akademik Nailə Vəlixanlı muzeyin elmi-kütləvi fəaliyyəti barədə ətraflı məlumat verib.
Eyni zamanda, Milli Azərbaycan Tarixi Muzeyi və İran muzeyləri arasında elmi sahədə əlaqələrin qurulması, gələcək layihələr barədə müzakirələr aparılıb.
Sonra qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.