Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Ustad” ədəbiyyat və sənət dərgisinin ilk sayı çapdan çıxıb
29.02.2016 11:01
  • A-
  • A
  • A+

"Ustad” ədəbiyyat və sənət dərgisinin ilk sayı çapdan çıxıb

"Hədəf Nəşrləri”nin təsis etdiyi "Ustad” ədəbiyyat və sənət dərgisinin ilk sayı çapdan çıxıb.

Ayda bir dəfə çap olunması planlaşdırılan dərginin baş redaktoru filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, redaktoru isə Ədəbiyyat İnstitutunun elmi işçisi Nərgiz Cabbarlıdır.

"Ustad”ın ilk sayında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Ustadlığa doğru”, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun "Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, professor Alxan Bayramoğlunun "Dövlət himnimizin söz və mətninin müəllifi kimdir”, yazıçı Qan Turalının "Ustad”, Elxan Nəcəfovun "Sufilikdən bir az” məqalələri dərc olunub.

Dərgidə, həmçinin "Türk hökmdarlarının sözü və qılıncı”, "Səməd Vurğun haqqında dərc olunmamış xatirələr”, "Bir mahnının müəmması, yaxud naməlum gəncin sevgi məktubu”, "Gülümsəyən qız”, "Kəmalüddövlə tvitləri”, "Cizgi roman nədir", "Yeddinci adam” və digər məqalələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: