Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.03.2016 16:19
  • A-
  • A
  • A+

Əlcəzairin Azərbaycandakı diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili AMEA-da olub

Əlcəzairin Azərbaycandakı diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili AMEA-da olub

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili cənab Abbes Benmoussat AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli və bu elmi müəssisənin idarə heyətinin üzvləri qonağa Əlyazmalar İnstitutunun tarixi, burada saxlanılan nadir fondlar, qorunan əlyazmalar, aparılan elmi-tədqiqat işləri haqqında məlumat veriblər. 

Cənab Abbes Benmoussat Əlcəzair Milli Kitabxanasının fondu əsasında Əlcəzairdə yaradılacaq Əlyazmalar  İnstitutunun işinin səmərəli təşkili üçün AMEA-nın Əlyazmalar İnstitutunun təcrübəsindən geniş istifadə olunacağını vurğulayıb. O, əlyazmaların elektronlaşması sahəsində birgə əməkdaşlığın vacibliyini də önə çəkib.

Akademik Teymur Kərimli müvafiq sahədə əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib və gələcəkdə bu istiqamətdə işlərin təşkili üçün ikitərəfli müqavilənin imzalanmasının vacibliyini qeyd edib.

Qonaq Əlyazmalar İnstitutunun sərgi salonu ilə də tanış olub, əlyazmaların elektron ekspozisiyası onun xüsusi marağına səbəb olub.

Sonda A.Benmoussat Əlyazmaların ekspozisiya zalındakı xatirə kitabına ürək sözlərini yazıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

                                  

  • Paylaş: