Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA Hüseyn Cavidin Ev Muzeyi Ərtoğrol Cavidin 95 illik yubileyinə hazırlaşır
13.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Hüseyn Cavidin Ev Muzeyi Ərtoğrol Cavidin 95 illik yubileyinə hazırlaşır

Bu il AMEA Hüseyn Cavidin Ev Muzeyi Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin 95 illik yubileyini qeyd etməyə hazırlaşır. Bu münasibətlə muzey bir sıra silsilə tədbirlər həyata keçirməyi nəzərdə tutur.
Ərtoğrol Cavidin şəxsi arxivində saxlanan materiallar əsasında çapdan çıxan “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin 11-ci və 12-ci cildinin nəşr edilməsi planlaşdırılır. Çoxcildliyin 11-ci cildi “Azərbaycan el mahnıları və Ərtoğrol Cavidin çap olunmamış musiqi əsərləri”, 12-ci cildi isə “Balaman məktəbi” adlanır.Yubiley çərçivəsində muzeydə “Cavidlər ailəsinin ensiklopedik zəkası - Ərtoğrol Cavid” mövzusunda elmi sessiyanın keçirilməsi, Ə.Cavidin həyat və yaradıcılıq yolunu əks etdirən sərginin nümayişi də nəzərdə tutulub.© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: