Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Magistr” jurnalının üçüncü nömrəsi çapdan çıxıb
18.03.2016 10:05
  • A-
  • A
  • A+

“Magistr” jurnalının üçüncü nömrəsi çapdan çıxıb

“Magistr” jurnalının üçüncü nömrəsi nəşr olunub.

Jurnalın bu nömrəsində ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim edilib. Proqramlar Azərbaycan və rus dillərində hazırlanıb.

Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə diqqətlə tanış olmalı və ikinci mərhələdə imtahan verəcəyi qəbul proqramını müəyyənləşdirməlidir. Bakalavrlar seçim cədvəli əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola bilər, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb edilən minimal balı öyrənə bilərlər.

Qəbul imtahanının birinci mərhələsindəki nəticəsindən asılı olaraq hər bir bakalavr onun seçmək hüququ olan ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

Jurnalın bu nömrəsində jurnalistika üzrə ixtisaslaşmaları seçmək istəyən bakalavrlar üçün aparılacaq qabiliyyət imtahanı və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün keçiriləcək müsahibə barədə də məlumat verilib. Magistraturaya qəbul imtahanında yazılı imtahan verəcək bakalavrların yazılı cavablarına qoyulan tələblər də jurnalın bu nömrəsində əksini tapıb.

Jurnalın Azərbaycan və rus dillərində olan elektron versiyalarını isə (pdf formatında) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının İnternet saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının online satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (xidmətə keçid:http://eservices.tqdk.gov.az/ejurnal/).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: