Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.03.2016 10:50
  • A-
  • A
  • A+

Filologiya problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

Filologiya problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya problemləri üzrə elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Şuranın sədri, akademik Rafael Hüseynov Şuraya elmlər doktoru və fəlsəfə doktoru hazırlığı proqramları üzrə daxil olan doktorant və dissertantların mövzuları, rəhbərləri və məsləhətçiləri barədə məlumat verib. Qeyd olunub ki, dissertasiya mövzularının seksiyalarda ixtisasçı alimlər tərəfindən hərtərəfli müzakirə olunması vacib məsələdir. Bu istiqamətdə müzakirələrin aparılması Filologiya problemləri üzrə elmi şurada prioritet sahələrin qiymətləndirilməsinə, tədqiqat işlərinin düzgün istiqamətləndirilməsinə, təkrarçılığın aradan qaldırılmasına və mövzuların daha tez təsdiq edilməsinə imkan verir.

Sonra uyğun seksiyalar üzrə yeni qəbul olunmuş doktorant və dissertantların mövzularının geniş müzakirəsi aparılıb.

Tədbirdə 6-sı elmlər doktorluğu, 21-i isə fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 27 dissertasiya mövzusu bəzilərində müəyyən dəyişikliklər nəzərə alınmaqla təsdiqlənib.

Müzakirələrdə filologiya üzrə elmlər doktorları Əsgər Rəsulov, Azadə Musayeva, Bədirxan Əhmədov, Bilal İsmayılov, Cəlil Nağıyev, Fəxrəddin Veysəlli, Qəzənfər Kazımov, Qulu Məhərrəmli, Nadir Məmmədli, Şəfəq Əlibəyli, Mehdi Kazımov və başqaları çıxış edərək fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: