Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri ilə görüş keçirildi
14.01.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri ilə görüş keçirildi

Bu gün AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) rəhbərliyi, Gənc alim və mütəxəssislər şurasının üzvləri ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri arasında görüş keçirilib.

Görüşdə ATGTİ-ni Elm və Təhsil Departamentinin direktoru Əzizə Nəcəfova və Rasim Abdurəhmanov təmsil ediblər.

Tədbirdə mərkəzin direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru Arzu Hüseynova, i.e.d., professorlar Təbriz Əliyev və Rauf Cəbiyev Gənc alim və mütəxəssislər şurasının sədri X.Rzayeva, sədr müavini F.Rəhmanov, üzvləri M.Əsədova, T.Hüseynova iştirak ediblər.

Mərkəzin direktoru, professor Fərman Qasımov EİM-in fəaliyyəti haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Elmi İnnovasiyalar Mərkəzi gənclərə hər bir sahədə kömək etməyə hazırdır.

Tədbirdə EİM ilə ATGTİ arasındakı əməkdaşlıq əlaqələrinin inkişafının önəmliyi qeyd olunub.

Sonda F.Qasımov gənclər arasında bu kimi görüşlərin vacibliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: