Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın təbiət və memarlıq möcüzələri” kitab-albomu çapdan çıxıb
01.04.2016 15:07
  • A-
  • A
  • A+

“Azərbaycanın təbiət və memarlıq möcüzələri” kitab-albomu çapdan çıxıb

AMEA prezidenti, akademik Akif Əlizadənin ümumi redaktəsi ilə “Azərbaycanın təbiət və memarlıq möcüzələri” kitab-albomu çapdan çıxıb.

AMEA-nın Coğrafiya və Memarlıq və İncəsənət institutlarının əməkdaşları tərəfindən hazırlanan nəşrdə Azərbaycanın füsunkar gözəllikləri - dağları, meşələri, çayları, yaylaqları, torpağı, tarlaları, bağları haqqında məlumatlar verilib, rəngarəng təbiət mənzərələrinin çoxsaylı fotoları yerləşdirilib.

AMEA-nın 70 illiyi münasibətilə hazırlanmış kitab-alboma akademik A.Əlizadə ön söz yazıb.

Nəşrdə Azərbaycanın təbii-coğrafi bölgələrinin - Böyük və Kiçik Qafqaz dağlarının, Kür-Araz ovalığının, Naxçıvan və Lənkəranın təbii möcüzələri ayrıca fəsillərdə oxuculara təqdim olunur. Həmçinin təbiət gözəllikləri ilə ahəngdarlıq yaradan memarlıq inciləri - sıldırım qayalar üzərində ucalan əzəmətli qalalar, möhtəşəm bürclər, sədlər, o cümlədən zəngin, çoxcəhətli inşaat sənətimizi əks etdirən digər qiymətli tarixi-memarlıq abidələri haqqında məlumatlar yer alır.

Kitab-albom ölkəmizə təşrif buyuran xarici turistlər üçün Azərbaycan haqqında müfəssəl məlumat mənbəyidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: