Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İsveç alimləri ağacdan şüşə yaradıblar
04.04.2016 14:09
  • A-
  • A
  • A+

İsveç alimləri ağacdan şüşə yaradıblar

İsveç Kral Texnologiya İnstitutunun professoru Lars Berqlundun rəhbərliyi ilə bir qrup tədqiqatçı təbii ağac liflərindən liqnin maddəsinin kimyəvi üsulla təmizlənməsi üsulunu tapıblar.

mignews.com saytı məlumat verir ki, liqnin bitki hüceyrələrinin qurumuş divarlarını xarakterizə edən maddədir. Alimlər bu maddəni təmizləməklə ağac materialını şəffaflaşdırmağa nail olublar.

Tam şəffaflığa nail olmaq üçün liqnin maddəsindən təmizlənmiş ağac liflərini polimerləşdirilmiş metilmetakrilat (“PMMA”) ilə qarışdırıblar. Sözügedən maddə ağac materialının şəffaflıq xüsusiyyətini artırıb. Tətbiq sahəsindən asılı olaraq, səffaflıq səviyyəsini təbii ağac hüceyrələri və “PMMA”-nın nisbətini dəyişdirmək yolu ilə idarə etmək olar.

Professor L.Berqlund bildirib ki, yeni materialın bərpa olunan mənbədən alınması sevindirici faktdır.

  • Paylaş: