Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

04.04.2016 14:50
  • A-
  • A
  • A+

RSXM ilə Alman Akademik Mübadilə Xidməti arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

RSXM ilə Alman Akademik Mübadilə Xidməti arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin ofis meneceri xanım Stefanie Dufaux AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub. 

Görüşdə RSXM ilə DAAD arasında əməkdaşlıq perspektivləri, DAAD təqaüdləri və qrantlarına müraciət qaydaları müzakirə olunub.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli DAAD Məlumat Mərkəzi tərəfindən təqdim edilən təqaüd  proqramlarının müxtəlif sahələri əhatə etdiyini, gənclərin bilik və bacarıqlarının artırılması üçün yeni imkanlar açdığını bildirib.

Qonaq Stefanie Dufaux təşkilat haqqında ətraflı məlumat verərək bildirib ki, 91 yaşlı bu təşkilat təxminən 300 alman ali məktəbinin birgə qurumu və beynəlxalq əməkdaşlıq sahəsində ən böyük maliyyələşdirici qeyri-dövlət təşkilatıdır. O, Almaniyada təhsil, DAAD-ın Təqaüd Proqramları haqqında təqdimatla çıxış edib.

Daha sonra qonaq sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: