Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Ramiz Mehdiyevin kitabı polyak dilində çap olunub
06.04.2016 12:07
  • A-
  • A
  • A+

Akademik Ramiz Mehdiyevin kitabı polyak dilində çap olunub

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabı Polşada çap olunub.

Akademik Ramiz Mehdiyevin Azərbaycanın dövlətçilik tarixi, müstəqil ölkəmizin inkişafı və nailiyyətləri, ulu öndər Heydər Əliyevin strateji kursu və Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin müxtəlif aspektləri haqqında Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, Qırğızıstan, Litva, Rumıniya və başqa ölkələrdə çap edilən müxtəlif kitabların davamı olaraq “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabı Rusiya və Rumıniyadan sonra Polşada polyak dilində nəşr olunub.

Akademik Ramiz Mehdiyevin bu kitabında 2003-2013-cü illərdə Azərbaycanda yürüdülən siyasət, ideologiya, iqtisadiyyat, sosial həyat, mədəniyyət və təhsil sahələrində həyata keçirilən mütərəqqi islahatlar, əldə olunan nailiyyətlər, respublikada tətbiq edilən sosial-innovativ idarəetmə mexanizmləri (“ASAN xidmət”) haqqında geniş məlumat verilir.

Müəllif qeyd olunan illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salır, dövlətimizin başçısının təşəbbüsü və dəstəyi ilə ölkəmizdə baş verən mütərəqqi dəyişikliklər və həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlardan bəhs edir.

Ölkəmizin bu günü və gələcək inkişafı ilə bağlı qeyd edilən dərin və düşündürücü məqamlar belə deməyə əsas verir ki, bu əsər Azərbaycan haqqında mükəmməl fəlsəfi-siyasi monoqrafiya kimi ən müxtəlif təbəqəyə mənsub xarici oxucuların maraqla tanış olacağı obyektiv və dəyərli mənbədir.

Kitab Polşanın Torun şəhərindəki “Adam Marşalek” Nəşriyyat Evi tərəfindən çap olunub. Əsəri rus dilindən polyak dilinə Anna Yaqlonska və Yan Çixotskiy tərcümə ediblər.

Nəşrin arxa üzündə akademik Ramiz Mehdiyevin həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: