www.science.az
14.01.2014 00:00

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı ABŞ-da tədqiqat aparıb

 

 

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev 3 ay müddətinə ABŞ-a ezam olunub.

O, tədqiqatları Vaşinqton Dövlət Universitetində (VDU) ABŞ Kənd Təsərrüfatı Departamentinin təsis etdiyi Norman Borlaug Beynəlxalq Təqaüd Proqramı çərçivəsində həyata keçirib. E.Mustafayev həmin universitetin Bitki Xəstəlikləri Departamentinin rəhbəri, professor Hanu R.Pappunun rəhbərliyi altında dənli taxıl bitkilərində yayılmış virus xəstəliklərini tədqiq etmək üçün VDU-da apardığı tədqiqatların yekunu barədə “Taxıl viruslarının müxtəlifliyi və əhalinin strukturu” mövzusunda seminar keçirib.

Sonda E.Mustafayev sertifikatla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.