Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Üz-üzə” povesti nəşr olunub
11.04.2016 09:54
  • A-
  • A
  • A+

Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Üz-üzə” povesti nəşr olunub

Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun daha bir əsəri Azərbaycanda işıq üzü görüb. Yazıçının 1957-ci ildə Moskvada təhsil aldığı illərdə qələmə aldığı və İkinci Dünya Müharibəsi zamanı arxa cəbhənin reallıqlarının əks olunduğu “Üz-üzə” povesti AMEA Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunub.

Kitaba AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “İnsan mənəviyyatının böyük ədəbiyyatı” adlı ön söz yazıb. Ön sözdə akademik İsa Həbibbəyli Ç.Aytmatovun yaradıclığından, “Üz-üzə” povestinin ideya-məzmun xüsusiyyətlərindən və əsərin tərcüməçisi, Ədəbiyyat İnstitutunun doktorantı Mehman Həsənovun fəaliyyətindən bəhs edib.

Xatırladaq ki, “Üz-üzə” povestinə görə yazıçı senzura tərəfindən təzyiqlərə məruz qalıb. Çingiz Aytmatov əsərdə müharibə və qələbə ilə bağlı imperiya təbliğatından fərqli olaraq, müharibədən qaçan insanın obrazını ədəbiyyata gətirmiş, arxa cəbhədə aclıq, yoxsulluq və ən əsası vicdanı ilə sınağa çəkilən kəndin gerçəkliyindən yazmışdır. İlkin nəşri zamanı əsərin tam variantda çapına imkan verilməmiş, 1990-cı ildə yazıçı yenidən əsərə qayıdaraq yarım qalan hissələri tamamlamışdır. Kitabda yazıçının Ön sözü ilə birlikdə “Üz-üzə povestinin təkmil variantı oxuculara təqdim olunmuşdur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: