Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Karbon lifindən hazırlanmış saplar binanı zəlzələnin təsirindən qoruyacaq
18.04.2016 15:02
  • A-
  • A
  • A+

Karbon lifindən hazırlanmış saplar binanı zəlzələnin təsirindən qoruyacaq

Seysmik zonalarda lazımi norma və texnologiyalara riayət olunmaqla inşa edilən yeni binalar təhlükəsizlik qaydalarına tam cavab verir. Lakin bu iş böyük həcmdə investisiya qoyuluşu tələb olunur.

naked-science.ru saytı xəbər verir ki, yapon istehsalçıları ənənəvi yanaşma üsuluna effektiv əvəzetmə təklif ediblər. Yerli alimlər tərəfindən yaradılmış “CABKOMA Strand Rod” adlı çox bərk material termoplast rezinlə sarınmış karbon lifi əsasında hazırlanır.

Karbon lifinin müasir növləri yüngül çəkisi və inanılmaz möhkəmliyi ilə seçilir. Karbon lifindən hazırlanmış sapların elastikliyi sayəsində onları quraşdırmaq çox sadədir. Bunun üçün vint bərkidilmə üsulu və yapışqandan istifadə kifayətdir.

Yeni texnologiyanı nümayiş etdirmək üçün “Komatsu Seiten” şirkətinin istehsalçıları tərəfindən dəvət edilmiş tanınmış memar Kenqo Kum və “Ejiri Structural Engineers” şirkətində çalışan mütəxəssislər şirkətin mənzil-qərargahında “CABKOMA Strand Rod” saplarından istifadə etməklə zəlzələ əleyhinə sistem qurublar.

  • Paylaş: