Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Görkəmli ədəbiyyatşünas alim Salman Mümtazın naməlum əlyazması aşkar edilib
19.04.2016 15:49
  • A-
  • A
  • A+

Görkəmli ədəbiyyatşünas alim Salman Mümtazın naməlum əlyazması aşkar edilib

Görkəmli ədəbiyyatşünas alim Salman Mümtazın itmış əsərlərindən biri - “100 şair” kitabı aşkar edilib.

Bu yaxınlarda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Şəlalə Ana Hümmətli Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən “Azərnəşr”in arxivindəki materialları araşdırarkən S.Mümtazın naməlum əlyazmalarını aşkar edib. Həmin əlyazma sənədlərinin uzun illərdir itmiş “100 şair” kitabının parçalanmış hissələri olduğu aydınlaşdırılıb.

Müxtəlif qovluqlarda saxlanılan bu qiymətli əlyazmalardan hələlik 50-yə yaxın şairin tərcümeyi-halı və şeirlərindən nümunələri toplayan tədqiqatçı hazırda onların ərəb qrafikalı əski əlifbadan müasir əlifbaya transfoneliterasiyası ilə məşğuldur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: