Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Hüseyn Cavidin Ev Muzeyində 20 yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirildi
16.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Hüseyn Cavidin Ev Muzeyində 20 yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirildi

2014-cü il yanvarın 20-də Azərbaycan xalqının qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar gününün 24-cü ildönümü tamam olur. Bu tarixi hadisənin yad edilməsi məqsədilə bu gün AMEA Hüseyn Cavidin Ev Muzeyində 20 Yanvar şəhidləri anıldı.

Öncə ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı və faciənin canlı şahidləri olmuş muzey əməkdaşları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən danışdılar. Qeyd edildi ki, mənfur erməni millətçiləri Moskvadakı imperiyapərəst və digər qüvvələrlə birləşərək Azərbaycanı parçalamaq, xalqımızın müstəqillik arzularını boğmaq niyyətində idilər. Ermənilərlə əlbir olan keçmiş SSRİ rəhbərliyinin ədalətsiz, qərəzli mövqeyindən, məkrli əməllərindən, hadisələrin təhlükəli istiqamətdə inkişafından narahatlıq keçirən Azərbaycan xalqı ayağa qalxdı.

Bu qanlı faciə xalqımızın milli azadlıq ruhuna təcavüz kimi qiymətləndirilir. 20 Yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, dövlətimizin müstəqilliyi və azadlığı uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.

Tədbirdə muzeyin ekspozisiyasında hazırlanmış 20 Yanvar faciəsinə həsr olunmuş foto sərgi və sənədli film nümayiş etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: