Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş xatirə tədbiri keçirildi
15.01.2014 00:00
  • A-
  • A
  • A+

20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş xatirə tədbiri keçirildi

 

20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş xatirə tədbiri keçirildi.

AMEA Azad Həmkarlar İttifaqı (AHİ) tərəfindən təşkil olunmuş tədbirdə AHİ Rəyasət Heyətinin üzvləri və akademiyanın Həmkarlar Komitələrinin sədrləri iştirak edirdi.

Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə “Bakı 1990-cı ilin 20 yanvarı: Ümidlərin güllələndiyi gün” mövzusunda məruzə ilə çıxış edən AHİ-nin sədri, tarix üzrə fəlsəfə doktoru Adil Mirabdullayev həmin dövrdə olmuş hadisələri yada salaraq, 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söylədi. O bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik, azadlıq uğrunda apardığı mübarizənin zirvəsində dayanır.

Tədbirdə çıxış edənlər 20 Yanvar həqiqətlərindən danışaraq, bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən söz açdılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: