Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA elmi tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edir
05.05.2016 14:28
  • A-
  • A
  • A+

AMEA elmi tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edir

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aşağıdakı elmi tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edir:

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə:

Radiasiya Problemləri İnstitutu

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Yer Elmləri Bölməsi üzrə:

Neft və Qaz İnstitutu

Biologiya və Tibb Elmləri Bölməsi üzrə:

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

Zoologiya  İnstitutu

Torpaqşünaslıq və Aqrokimya İnstitutu

Genetik Ehtiyatlar İnstitutu

İctimai Elmlər Bölməsi üzrə:

A.Bakıxanov adına Tarix İnstitutu

Elm Tarixi İnstitutu

Qafqazşünaslıq İnstitutu

Humanitar Elmlər Bölməsi üzrə:

Nəsimi adına Dilçilik İnstitutu

Memarlıq və İncəsənət İnstitutu

AMEA-nın elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsinə dair aşağıdakı sənədlər (2 nüsxədə) elan dərc edildiyi gündən 1 (bir) ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir;

-         namizədin seçkilərdə iştirak etməsi haqqında yazılı razılığı;

-         kadrların şəxsi uçot vərəqəsi;

-         tərcümeyi-hal;

-         təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;

-         elmi əsərlərin təsdiq olunmuş siyahısı;

-         2 ədəd fotoşəkil (6x9 sm).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: