Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.05.2016 09:13
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağında şəhər sakinləri üçün istirahət guşəsi quraşdırılıb

Mərkəzi Nəbatat Bağında şəhər sakinləri üçün istirahət guşəsi quraşdırılıb

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə 15-ci Yubiley Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Transcaspian” və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro” sərgilərinin iştirakçıları tərəfindən AMEA Mərkəzi Nəbatat Bağında şəhər sakinləri üçün istirahət guşəsi quraşdırılıb.

Sərgi iştirakçıları, həmçinin Nəbatat Bağının əvvəlcədən ayrılmış guşəsində müvafiq texnologiyaya riayət etməklə xüsusi seçilmiş “Qarabağ” növlü pambıq əkiblər.

Məqsəd müasir  texnologiya üsulu sayılan damcılı suvarma vasitəsilə pambığın becərilməsini nümayiş etdirmək və ictimaiyyətin diqqətini ölkədə pambıq istehsalının dirçəlişinə yönəltməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: