Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.05.2016 15:40
  • A-
  • A
  • A+

ADNSU ilə Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

ADNSU ilə Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) bu elm müəssisəsi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

İmzalanma mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin fəaliyyəti barədə məlumat verib.

NKPİ-nin direktoru, akademik Vaqif Abbasov müasir dünyada elmin, təhsilin rolundan bəhs edib, ölkəmizdə bu sahəyə böyük diqqət göstərildiyini bildirib.

ADNSU-nun tələbələrinin institutda təcrübə keçmələri, birgə konfransların təşkil olunması, elmi və qrant layihələri üzrə iş aparılması və s. məsələlərlə bağlı müzakirələr aparılıb.

Sonra ADNSU-nun nümayəndələri NKPİ-nin laboratoriyaları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: