Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İtaliya və İngiltərə tədqiqatçıları 3D printerdə çap oluna bilən bionik sümük hazırlayıblar
20.05.2016 09:52
  • A-
  • A
  • A+

İtaliya və İngiltərə tədqiqatçıları 3D printerdə çap oluna bilən bionik sümük hazırlayıblar

Milan-Bikoçça Universitetinin və London İmperial Kollecinin tədqiqatçıları özü-özünü bərpa etmək qabiliyyətinə malik, bioloji baxımdan insan orqanizminə uyğunlaşan və 3D printerdə çap oluna bilən bionik sümük hazırlayıblar.

Hibrid materialların sintezi nəticəsində əldə olunan bionik sümük həqiqi insan sümüyünü və qığırdağını xatırladır.

Yeni kəşf haqqında məlumat verən Milan-Bikoçça Universitetinin professorları Laura Cipolla və Laura Russo bildiriblər ki, sümüyün materialı spesifik xüsusiyyətlərə malikdir. Bu material öz tərkibindəki üzvi və qeyri-üzvi komponentlər arasındakı əlaqələri tənzimləyə bilir. Sınıq hallarında isə özünü bərpa etmək xüsusiyyətinə malik olan bu material elastikdir, təzyiq və ya dartılma hallarına qarşı dözümlüdür.

İmperial Kollecin professoru Culian Cons bu yeni ixtiranın insanlar üzərində tətbiq olunması üçün hələ tez olduğunu, lakin gələcəkdə tibbin inkişafına mühüm töhfələr verə biləcəyini deyib.

www.ansa.it

  • Paylaş: