Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk konfrans başa çatdı
25.05.2016 12:35
  • A-
  • A
  • A+

Elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk konfrans başa çatdı

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktik konfransının bağlanış mərasimi keçirildi.

Tədbirin “Tibdə İKT-nin elmi-nəzəri problemləri”, “Tibdə İKT-nin praktiki problemləri” və “İKT-nin tibbi problemləri” adlı seksiya iclaslarının sədrləri çıxış edərək konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirərək elektron tibbin multidissiplinar problemlərinin həlli ilə bağlı aparılan elmi tədqiqatların dərinləşdirilməsinin zəruriliyini vurğuladı. Akademik konfransın elektron tibbin elmi-nəzəri və praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: