Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan atları: tarixi icmal” kitabı çapdan çıxıb
26.05.2016 09:21
  • A-
  • A
  • A+

“Azərbaycan atları: tarixi icmal” kitabı çapdan çıxıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Fərid Ələkbərlinin ingilis dilində “Azərbaycan atları: tarixi icmal” kitabı çapdan çıxıb. Kitabda Azərbaycan atçılıq sənətinin tarixindən, şifahi ədəbiyyatda at obrazlarının meydana gəlməsi və inkişaf yolundan, təsviri sənətdə, tarixi mənbələrdə, o cümlədən orta əsr əlyazmalarında və digər arxiv sənədlərində at təsvirlərindən bəhs olunur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda Qarabağ atı, Dilboz, Quba yorğası, Şirvan atı kimi at cinsləri və onların formalaşma tarixi haqqında müfəssəl məlumatlar yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: