Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.06.2016 09:30
  • A-
  • A
  • A+

Azərbaycanın və İranın elmi qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar var

Azərbaycanın və İranın elmi qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar var

İran İslam Respublikası xarici işlər nazirinin müavini, bu ölkənin Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzinin direktoru Hadi Süleymanpurun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Görüşdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva rəhbərlik etdiyi qurumun elmi istiqamətləri barədə qonaqlara məlumat verib, iranşünaslıq sahəsində aparılan tədqiqatlardan, görkəmli alimlərimizin bu sahədə elmimizə verdikləri böyük töhfələrdən danışıb. Ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayan G.Baxşəliyeva bu cür görüşlərin elmi əlaqələrimizin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb.

Azərbaycanın mədəniyyətlərin beşiyi olduğunu deyən H.Süleymanpur xalqlarımızın müştərək irslərinin dünyaya tanıtdırılmasında əməkdaşlığın faydalı olduğunu bildirib. Şərqşünaslıq İnstitutunun İranın istənilən universiteti ilə əlaqələr qurmasına dəstək göstərməyə hazır olduqlarını söyləyən H.Süleymanpur əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialın olduğunu bildirib. O, tarixi sənədlər sahəsində müştərək elmi əsərlərin hazırlanması, birgə layihələrin həyata keçirilməsi, sərgilərin təşkili təkliflərini irəli sürüb. İranlı diplomat ölkəsinin Xarici İşlər Nazirliyinin nəzdindəki Diplomatik Universitetdə azərbaycanlı bakalavrların birillik təhsil alaraq magistr dərəcəsinə çatmaq imkanları olduğunu və bu işdə hər cür köməyin göstərilməsinə hazır olduqlarını bəyan edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: