İyunun 23-də saat 15:00-da AMEA Geologiya və Geofizika İnstitutunda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində növbəti “Geomexanika” seminarı keçiriləcək.
Seminarda AMEA-nın müxbir üzvü Qeylani Pənahov və t.e.d. E.Abbasovun “Qeyri-bircins məsaməli mühitli neft yataqlarının istismarında köçmə məsələləri və onların həlləri” mövzusunda məruzəsi dinləniləcək.
Tədbirə “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və digər maraqlananlar dəvət olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.