Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA magistrantlarının fəlsəfə fənni üzrə semestr imtahanı keçirildi
10.06.2016 19:23
  • A-
  • A
  • A+

AMEA magistrantlarının fəlsəfə fənni üzrə semestr imtahanı keçirildi

Məlum olduğu kimi, AMEA Rəyasət Heyətinin qərarı ilə 2015-ci ilin fevral ayında Azərbaycan Milli Elmlər Akademiyasında ilk dəfə olaraq magistratura təhsil pilləsinə qəbul elan olunmuş, AMEA-nın 7 elmi-tədqiqat institutunun bazasında 7 ixtisas (dilçilik, antropologiya, nəzəri fizika, geologiya, kimyəvi kinetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası) üzrə ümumilikdə 19 nəfər magistraturaya daxil olmuşdur.

AMEA prezidenti, akademik Akif Əlizadənin 10 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, AMEA-nın magistratura pilləsində təhsil alan magistrantlara informatika və ümumi fənlər üzrə nəzəri və praktiki dərslərin tədrisi və semestr imtahanlarının qəbulu AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilir.

Bu gün akademiyanın magistrantlarının semestr imtahanları başlandı. Magistrantlar İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində fəlsəfədən imtahan verdilər.

İyun ayının 13-də pedaqogika, 16-da isə psixologiya fənləri üzrə semestr imtahanları keçiriləcək.

Qeyd edək ki, imtahanlar mərkəzləşdirilmiş qaydada elektron test üsulu ilə keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: